Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Naxçıvan şəhərlərində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üçün test imtahanı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 478 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 45 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi əməkdaşı ayrılıb.