10 Fevral 2022 11:33
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda tibbi işçilərinin sertifikasiya imtahanının mükəməlləşdirilməsinə ehtiyac var və bununla bağlı işlər aparılır”.

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanı ilə məşğul olan mərkəzin yeni formada fəaliyyəti üçün müvafiq addımlar atılacaq.

Nazir bildirib ki, tibb işçilərinin taktiki fəaliyyətində dəstək olacaq çoxlu mövzular var: “İxtisaslı işçi qüvvəsi səhiyyənin əsas resursudur. Bu sahədə yeni strategiyanın hazırlanması vacibdir. Yaxın zamanda bununla bağlı atılacaq addımlarla bağlı məlumat veriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər