Ürək xəstəlikləri gündən günə gəncləşir. Hətta bir çox insan özü də bilmədən infarkt keçirir, lakin bundan çox gec xəbərdar olur. Bu isə sağlamlıq üçün ciddi təhlükədir.
Teleqraf.com xəbər verir ki, aşağıdakılar kişilərdə və qadınlarda infarktın əsas əlamətləri hesab olunur.
Sinədə, çənə və boyun nahiyəsində ağrı, qolda və çiyində ağrı, nəfəs darlığı həm kişilər, həm də qadınlarda əsas infarkt əlamətləridir.
Qadınlarda bu əlamətlər arasında yorğunluq və ürəkbulanma da yer alır.