21 May 17:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 3 273 nəfər vaksinasiya olunub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 352, ikinci doza vaksinlərin sayı 800 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 922-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 199 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 704 523, birinci doza peyvəndlərin ümumi sayı 5 345 603, ikinci doza vaksinlərin sayı 4 847 172 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 267 411, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 337 olub.


Müəllif: Teleqraf.com