Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinə yeni üzvlər təyin ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Belə ki, iclasın gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib.