6 Oktyabr 2022 17:17
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son gündə koronavirus əleyhinə 856 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 301, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 52 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 895 899 təşkil edir.


Müəllif: Teleqraf.com