Bir müddətdir ki, Bakı-Quba yolu əsaslı təmirə dayanıb.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, cənab prezident bununla bağlı tapşırıq verib:
"Rəsmi qurum tərəfindən gecə-gündüz iş gedir. Müəyyən səbəblərdən yolun noyabrda açılışı gecikdi. Bu gün yolun açılışı olacaq.
Başqa bir yolun isə (pullu yol) istifadəsi gələn ilin may ayına planlaşdırılır. Bu yol istifadəyə verildikdən sonra Qubadan Bakıya gələn yolun sağ hissəsi də təmirə dayanacaq. Görülən işlərə görə cənab prezidentə təşəkkür edirəm".