Paytaxtın yollarındakı son vəziyyət açıqlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Teleqraf.com-a verilən məlumata görə, bu yollarda sıxlıq müşahidə olunur:
1. Heydər Əliyev prospekti əsas yol, "Koroğlu" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. "20 Yanvar" dairəsində sıxlıq müşahidə olunur.