7 Aprel 2023 22:18
3 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Elşən Ramazanov bundan əvvəl Zaqatala Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.


Müəllif: Teleqraf.com