16 Aprel 2023 12:08
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən keçid ballarının aşağı düşəcəyi ehtimal olunur. Belə ki, martın 5-də 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən ən yüksək göstərici 296 baldır.

Bəs bu il keçid ballarının aşağı enəcəyi barədə proqnozlar realdır?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Teleqraf.com-a açıqlamasında deyib ki, hələlik martın 5-də keçirilən imtahanın nəticəsi bəlli deyil və buna əsasən bəzi ixtisasların keçid ballarında enmə müşahidə olunacağını söyləmək olar.

Onun sözlərinə görə, martın 12-də və aprelin, 2-də keçirilən imtahanların nəticələri açıqlanmadığından qəti proqnoz vermək olmur: “Ümumi 50 min 11 nəfər martın 5-də keçirilən imtahanda iştirak edib və heç biri abituriyentin 300 bal toplaya bilməməyi problemli vəziyyətdən xəbər verir. 2019-cu ildən etibarən kurikulum əsasında imtahanlar keçirilir. Bu prosesə abituriyentlərin hələ də adaptasiya olmaması imtahan nəticələrində özünü göstərir. Ümumi imtahan nəticələrinin müvafiq keçid balına təsir edəcəyinə yalnız blok imtahanından sonra fikir bildirmək olar”.

Onun sözlərinə görə, abituriyentlər açıq yazılı və mətn tipli suallarda çətinlik çəkirlər: “Bir sıra hallarda tapşırığın həcminin böyük olması, onlara verilən vaxtla suallara cavabda balansın pozulması imtahan nəticələrinə təsir göstərir.

Builki imtahanlarda Azərbaycan dili fənni üzrə sual həcminin uzunluğu, eyni zamanda riyazi məsələ və misalların bir qədər çətin olması abituriyentlər, müəllimlər və valideynlər tərəfindən dəfələrlə dilə gətirilib. Bu amillər ümumi imtahan nəticələrinə təsir edir. Bu məktəblərin göstərdiyi nəticələr deyil. Tədris mərkəzləri, hazırlıq kurslarının göstəricisidir. Məktəblərdə verilən tədris əsnasında abituriyent maksimal 700-baldan 200-250 bal toplaya bilər.

Təəssüflər olsun ki, şagirdlər təhsili məktəbdə almırlar, 8-ci sinifdən artıq hazırlıqlara başlayır və sonunda onlar müvafiq nəticələri əldə edirlər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər