"Xalq ulu öndər Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirir, qəlbində saxlayır, xatirəsini hər zaman yüksək tutur”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib.
Əli Əhmədov qeyd edib ki, hazırda da Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Heydər Əliyevin qurduğu Azərbaycan güclənir, qüdrətlənir. Azərbaycan güclü dövlətə çevrilib. Bunun ən parlaq nümunəsi 30 il işğal altında qalan Azərbaycan torpaqlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmasıdır. Azərbaycan Heydər Əliyevin yaratdığı bünövrə üzərində uğurla inkişaf edir".