Azərbaycanın yaxın dostu, tanınmış ictimai xadim, akademik Darhan Kıdıralı 2023-cü ilin Yunus Əmrə Mükafatının laureatı seçilib.
Teleqraf.com-un məlumatına görə, Türkiyənin tanınmış elm adamı, professor Ramazan Korkmaz deyib ki, Darhan Kıdıralı yüzilin kəşfi sayılan Monqolustan Elmlər Akademiyası ilə birlikdə İlteriş Kutluq Xaqanın daş kitabəsini üzə çıxardığına, Türk dünyası üçün hazırladığı ortaq ədəbiyyat, ortaq dərs kitablarına, Türk dünyasının elminə xidmətlərinə görə Yunus Əmrə-2023 mükafatına layiq görülüb.
Mükafatın təqdimatı Yunus Əmrənin doğulduğu Anadolu bölgəsinin Mihalıççıq kəndində keçirilib.