Bakıda Şimali Kipr Türk Respublikası ilə bağlı rəsm sərgisi açılıb.
Teleqraf.com xəbər verir ki, sərgidə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, ölkənin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı və bir çox rəsmi nümayəndələr, diplomatlar iştirak ediblər.
Sərgidə rəsm əsərləri, Şimali Kiprə məxsus milli geyimlər və milli rəqslər təqdim olunub.
Qeyd edək ki, prezident Ersin Tatar Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində ölkəmizdə səfərdədir.