“Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur”.
Teleqraf.com xəbər verir ki, bu barədə Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Duman sinoptik şəraitlə əlaqədar olaraq payız fəsli üçün xarakterik olan atmosfer hadisəsidir:
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır”.
Onun sözlərinə görə dumanlı və tozlu hava şəraitinin noyabrın 5-i, gün ərzində davam edəcəyi gözlənilir.