12 Dekabr 2023 11:57
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 12-də saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub.

Bu barədə Teleqraf.com-a Xidmətdən xəbər verilib.

Düşən yağıntının miqdarı Astarada 57 mm, Lənkəranda 50 mm, Yardımlıda 11 mm, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Dekabrın 11-də şimal-qərb küləyi arabir Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Balakən, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Tərtər, Zərdab, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü gündüzədək davam edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər