Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-dekabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq xidmət göstərilib.
Teleqraf.com xəbər verir ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 15,1 faiz artıb.
Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil edib.
Hesabat dövründə mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin ümumi həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 914,6 milyon manat təşkil edib.
Qeyd edək ki, mobil rabitə xidmətlərinin payına ölkənin informasiya və rabitə sektorunda əldə edilmiş gəlirlərin 56,5 faizi düşüb.
İLHAMƏ