Yanvarın 27-də gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək.
Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qəbul saatı 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh. Mübariz İbrahimov küçəsi 120. Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar Ağcabədi, Beyləqan, Biləsuvar, İmişli rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Naibə QURBANOVA