17 Oktyabr 12:21
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tibb personalının davamlı tibbi təhsil proqramına cəlb olunması məqsədi ilə yeni proqram hazırlanacaq”.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli deyib.

O bildirib ki, ilk mərhələdə 4 vəzifə (həkim, tibbi bacısı, dispetçer (tibbi koordinator), sürücü) üçün təlim proqramı hazırlanıb: “Bu işdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə əməkdaşlıq qurulub. Rektorun əmri ilə ortaq işçi qrup yaradılıb və işlərə başlanılıb. 4 vəzifə üçün təlim sillabusları artıq hazırdır. Hazırda vahid təlim materialları üzərində iş gedir”.

E.Məmmədlinin sözlərinə görə, hazırda 4 yerdə təlim mərkəzi fəaliyyət göstərir: “Yeni işə qəbul olunanlar mütləq ilk olaraq intensiv təlimlərə cəlb olunur. 4 ay ərzində isə ümumi tibb personalının 50%-indən çoxu təlimlərdə iştirak edib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər