24 May 14:41
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir, icazə sistemi təkmilləşdirilir.

Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aidiyyəti icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq şərtlərə uyğunluğa dair rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” qanun əsasında həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər