Küləkli hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Teleqraf.com-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bütün məlumat sürət tablolarından “güclü külək” işarəsi də götürülüb.