Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Açıqlamada seçki dairələri üzrə lider namizədlərin adları da yer alıb.
Teleqraf.com Modern.az-a istinadla xəbər verir ki, deputat seçilən ən gənc namizəd Səbinə Xasayevadır.
O, 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən mandat qazanıb. 31 yaşlı siyasətçi ikinci dəfədir deputat seçilir.
84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatı olacaq. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.