12 Sentyabr 09:48
275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Real Tv”yə müsahibəsində deyib.

O bildirib ki, sülh sazişi bütöv sənəddir: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”.

A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır: "Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".

Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər