17 Sentyabr 08:34
280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən sentyabrın 23-dək Milan şəhərində ənənəvi Moda Həftəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, budəfəki moda həftəsi çərçivəsində ümumilikdə 173 müxtəlif məzmunlu görüşün, 57 fiziki və 8 rəqəmsal moda nümayişinin, 75 təqdimatın və 33 tədbirin keçirilməsi planlaşdırılır. Bundan başqa, lüks brendlər yeni kolleksiyalarını təqdim edəcəklər.

İlk gün “Palazzo Giureconsulti”də açılış mərasimi keçiriləcək. Sentyabrın 22-də isə “Fashion Awards 2024” tədbiri, eyni zamanda, “La Skala” teatrında mükafatların təqdimetmə mərasimi baş tutacaq.

“Milan Moda Həftəsinin hər buraxılışında şəhərimizlə moda dünyası arasında əlaqə yeni ruh yüksəkliyi ilə güclənir”, - deyə Milanın meri Cüzeppe Sala tədbirin əhəmiyyətini qeyd edərkən bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər