Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak məqsədi ilə ölkəmizdə səfərdə olan Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Teleqraf.com-a xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyi vurğulanıb.
Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və Milli Müdafiə universitetləri arasında Memorandum imzalanıb.