Polşa hakimiyyəti ölkənin cənubunda daşqınlar fonunda qunduzlara qarşı müharibə elan etmək qərarına gəlib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu qərarı baş naziri Donald Tusk böhran qərargahının iclasında açıqlayıb.
"Bəzən heyvan sevgisi ilə şəhərlərin, kəndlərin təhlükəsizliyi və bəndlərin dayanıqlığı arasında seçim etməlisən" - Tusk deyib.
Tusk vurğulayıb ki, zərurət yaranarsa, mövcud qanunlar çərçivəsində mümkün olan hər şeyi etmək və yenilərini qəbul edəcək.