Türkiyəli məşhur aktrisa Beren Saatın baş rolunu canlandırdığı "Gizli Dolap" filminin çəkilişləri başlayıb.
Teleqraf.com xəbər verir ki, aktrisanın tərəf müqabilləri aktyorlar Yiğit Özşener və Furkan Andıçdır.
Beren Saat filmdə "Beni görüyor musun?" kampaniyasıyla diqqət çəkən Rengin Alaz adlı jurnalistə həyat verəcək.
Film 2025-ci ildə "Prime video" rəqəmsal platformasında yayımlanacaq.