2024-cü ilin avqust ayında ailə başçısını itirməyə görə 191 176 nəfərə pensiya və müavinət ödənilib.
Bu barədə Teleqraf.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, onlardan 136 873 nəfəri pensiya, 54 303 nəfəri isə müavinət alıb.
Xatırladaq ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.