Azərbaycanda üç kredit ittifaqının lisenziyası ləğv edilib.
Teleqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunlar "Amin Kredit İttifaqı", "Abbas Kredit İttifaqı" və "Azərmaliyyə Kredit İttifaqı"dır.
Bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya enib.
Xatırladaq ki, adları çəkilən kredit ittifaqları müvafiq olaraq 2003-cü ildə, 1999-cu ildə və 2010-cu ildə yaradılıb. Onların hər üçünün nizamnamə kapitalı 4 000 manatdır. Kredit ittifaqları müvafiq olaraq Qax, Şəmkir və Bakıda fəaliyyət göstərib.