Gəncə şəhərində fərdi evlərdən birində yanğın olub.
Teleqraf.com-un yerli bürosunun xəbərinə görə, hadisə "Natavan 2" qəsəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində 1947-ci il təvəllüdlü Tatyana Vasiliyevna həyatını itirib. O, həmin evdə kirayədə qalırmış və tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.