10:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin 11 ayında Rusiyadan Avropaya qaz nəqlinin həcmi təqribən 50 milyard kubmetrə çatıb. Bu da 2023-cü illə müqayisədə təxminən 18-20% artım deməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin köməkçisi Aleksandr Novak “Russia-24” telekanalının efirində bildirib.

Novakın sözlərinə görə, bu, bütün sanksiyalar və təzyiqlərə baxmayaraq rus qazının Avropaya tədürükü artıb. Çünki rus qazı yüksək keyfiyyətli ekoloji məhsuldur: "Bu, tələbatdır və tədarükün logistikası baxımından Rusiya qazı ən sərfəli qiymətədir - deyə baş nazirin müavini əlavə edib.

Avropaya təbii qaz tədarükündə əsas artım boru kəmərləri üzərindən baş verib- 26%. Rusiyanın Qitəyə satdığı 50 milyard kubmetr təbii qazın 30,3 milyard kubmetri boru kəmərləri ilə təmin edilib. Bu da Avropaya ixrac edilən ümumi qazın təxminən 11,1%-ni təşkil edir. Bir il əvvəl bu rəqəm 8,4% idi.

Qeyd edək ki, Ukrayna 2025-ci ildən Rusiya qazının tranzitini dayandıracaq. Belə bir vəziyyətdə qaza tələbatın artacağı şübhəsizdir. Qitədə ehtiyatlar həmişəkindən daha tez tükənir.

Dekabrın 24-də Avropa birjasında qaz fyuçersləri 1,2% bahalaşıb və ardıcıl dörd seansda artım 10%-i ötüb. Bu da ilin sonunadək bazarın təlatümlü vəziyyətindən xəbər verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər