24 Dekabr 15:36
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Salome Zurabişvili müharibə veteranları və təhlükəsizlik üzrə mütəxəssislərlə görüş keçirir.

Teleqraf.com xəbər verir ki, dövlət başçısının Orbeliani sarayında təşkil olunmuş görüşün əsas müzakirə mövzusu ölkədəki hazırkı siyasi vəziyyətdir.

Veteranların bəziləri görüşdən öncə bildirib ki, hazırda ən əsas məsələ hökumətə effektiv təsir göstərməkdir. Onların sözlərinə görə, yaranmış vəziyyətdən yeganə çıxış yolu yeni seçkilərdir.

Keçmiş hərbçilər ictimai forumun yaradılması ilə bağlı konkret planlarının olduğunu qeyd ediblər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər