10:53
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KTMT, MDB və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxduğunu əsas gətirərək, MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri -rəsmi sammitinə qatılmayacağını bəyan edib. Qənaətimə görə, Paşinyan Rusiyaya getməmək üçün bu yola əl atıb. Bir neçə gün əvvəl Moskvada AİB-in sammiti çərçivəsində Rusiya lideri Putin Paşinyanla görüşməkdən imtina eləmişdi. Görünür, Paşinyan buna cavab olaraq Peterburqa getməmək qərarına gəlib.

Ermənistan Rusiyanın dominant olduğu təşkilatların tədbirlərinə qatılmaqdan imtina edir. İrəvan iki ildir KTMT-nin tədbirlərinə qatılmır, AİB-in sammitlərinə də öz iqtisadi maraqlarını təmin etmək üçün gedir. Paşinyan artıq MDB-ni də boykot eləməyə başlayıb”, - ekspert bildirib.

Əsədullazadənin fikrincə, İrəvanın boykot qərarları konkret məqsədlərə əsaslanır:

“Gedişat göstərir ki, Ermənistan KTMT, MDB və AİB-dən çıxacaq, İrəvanda buna hazırlıq gedir. Zənnimcə, Paşinyan 2026-ci ildə keçiriləcək seçkilərdə növbəti qələbəsini rəsmişləşdirdikdən sonra bu yöndə əməli addımlar atacaq. Həmçinin Ermənistan rəhbərliyi bunun üçün Rusiya-Ukrayna müharibəsinin nəticələri və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gözləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər