"Fonda ən çox ianələrtorpaqlarımızın azad olunmasından sonra edilib".
Teleqraf.com xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun (QDF) 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində jurnalistlərə açıqlamasında fondun sədri Rəhman Hacıyev deyib.
O bildirib ki, ölkə başçısının mesajına cavab olaraq fəaliyyətə başlayıblar:
"Prezident İlham Əliyev həmin torpaqların cənnətə çevrilməsinə dair fikirlər səsləndirmişdi. 2021-ci ildə fonda 800 milyon, ondan sonrakı il 400 milyon, ötən il 200 milyon civarında, cari ildə isə 100 milyona yaxın ianələr olub".