26 Dekabr 14:55
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağıstandan Azərbaycana indi gəlmişəm. Oğlumla dünən telefon vasitəsiylə əlaqə saxlamışdım”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təyyarə qəzasında həlak olan Anar Babayevin atası Zöhrab Babayev deyib.

"Telefonunun enerjisi yox idi. Mənə demişdi ki, təyyarədən enən kimi zəng vuracaq. Bir də xəbər gəldi ki, təyyarə qəzaya düşüb. Bir müddət sonra ölüm xəbərini eşitdik. Anar Qroznıda çalışırdı. 33 yaşındaydı, evli olsa da, uşağı yox idi. Bizə nəşinin gətirilməsiylə bağlı hər hansı məlumat verilməyib", - deyə Zöhrab Babayev bildirib.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər