Xalq artisti Tünzalə Ağayeva ötən gün Aktuada baş verən dəhşətli təyyarə qəzası ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, müğənni şəxsi “İnstagram” hesabında yayımladığı videoda başsağlığı verib.
O, paylaşımında bu sözləri qeyd edib: “Dostlar, bir daha başımız sağ olsun. Təyyarə qəzasında həlak olan bacı-qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Özümə borc bildim AZAL şirkətinin pilotlarına, stüardlarına təşəkkürümü çatdırım. Onların işi sadə bir peşə deyil. Yüksək professionallıq və böyük məsuliyyət tələb edən bir məsləkdir. Bir daha başımız sağ olsun, Allah millətimizi qorusun”.