Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında qeyd olunub.
"Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 3 yanvar saat 22:00-dan 4 yanvar 11:00-dək Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq", - deyə məlumatda bildirilib.