3 Yanvar 22:13
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də Azərbaycan Hava Yollarının (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb. AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı yanvarın 1-də Həştərxan üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumat yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər