Mayın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, əvvəlcə Komissiyanın qüvvədə olan bəzi normativ xarakterli aktlarına müvafiq dəyişikliklər edilməsi qərara alınıb.
Sonra MSK-nın nəzarət-təftiş xidmətinin yaradılması barədə qərarında dəyişiklik edilib.
MSK üzvlərinin müzakirəsindən sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər olunub.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.