Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən Möhsün Nağısoylu oktyabrın 21-dən institutunda olan fəaliyyətini dayandırıb. O, bildirib ki, akademiya rəhbərliyinin qərarına əsasən, dünəndən etibarən işə çıxmır.
Dilçilik İnstitutundan fakt Teleqraf.coma-a təsdiqlənib və bildirilib ki, Akademik Tofiq Hacıyev vəzifəsinə bərpa edilib, direktoru kimi öz vəzifəsinin icrasını davam etdirəcək.
Xatırladaq ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev iyulun 24-də tutduğu vəzifədən azad olunması ilə bağlı ərizə yazıb. AMEA prezidenti Akif Əlizadənin imzaladığı sərəncamla Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən təyin olunub. Sentyabrın əvvəlində akademik Tofiq Hacıyev tutduğu vəzifədən azad olunmasıyla bağlı yazdığı ərizəni geri götürmək məqsədi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə yazılı müraciət edib. Sentyabr ayından etibarən institutda iki direktor bir yerdə fəaliyyət göstərirdi.
NİGAR