Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasına qastrol səfəri edəcək. Qərbi Azərbaycan əyalətinin mərkəzi olan və İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin Mədəniyyət İdarəsindən teatra gələn dəvət məktubuna əsasən qastrol səfəri çərçivəsində “Bir səbət tənhalıq” tamaşası nümayiş etdiriləcək.
2014-cü ildə yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış və teatrın kiçik səhnəsində nümayiş etdirilmiş tamaşa ötən il Türkiyə Cumhuriyyəti Dənizli bölgəsində keçirilmiş Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək mükafata layiq görülüb.
Məlumat üçün bildirək ki, səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.
Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.
Nərmin