8 Dekabr 2015 11:17
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecədən davam edən axtarışlara bu gün səhər saatlarında 4 helikopter qoşulub. Sərhəd xidmətinin 2 helikopteri və 5 gəmisi də axtarışlara qoşulub. Lakin hələ ki, bu saata qədər heç bir cəsəd aşkarlanmayıb.

Bu sözləri “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirdiyi mətbuat konfransında bildirib.

B.Ağarəhimov bildirib ki, axtarışlar 3 istiqamətdə - Gəmi, helikopter və geofizika dalğıcları vasitəsilə aparılır. İtkin düşənlərin başqa ölkələrin ərazisinə keçməsinə gəldikdə, B.Ağarəhimov bunun istisna edilmədiyini deyib.

Onun sözlərinə görə, yanğının söndürülməsi işləri də davam etdirilir. “Tərtibatımızı meydançanın üzərində yerləşdirmişik. Bu gün axşama qədər tərtibatın yekunlaşması gözlənilir. Saata 1500 kub metr su vuran nasosun quraşdırılması planlaşdırılır”.

İlhamə


Müəllif: