16 Dekabr 2015 11:54
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erkən nikah hər bir ailəni, qadını, uşağı təhdid edəcək məsələdir. Buna görə də, bu bəlanın həllini gündəmə gətirməliyik".

Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova“Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bu məsələ bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

“Mənə elə gəlirdi ki, bəşəriyyət inkişaf etdikcə hər şey arxada qalacaq. Ancaq mən bunun şahidi olmuram. Biz bu istiqmatdə səyləri birləşdirmək və konret tədbirlər görmək lazımdır. Hər bir cəmiyyətin erkən nikahlar əsasın mədəni psixoloji hallara uyğun olaraq yaranır. Burda ənənəvi və müasir yanaşmalar ziddiyət təşkil etdiyindən belə hallar əmələ gəlir. Bəzi halllarda biz üzləşdiyimiz hallara dözümlü, tolerant olmağa çalışırıq. Tolerantlıq əlbəttə, nöqsanlara qarşı olmamlıdır, nöqsanlara, çatışmazlıqlara qarşı dözümsüzlük olmalıdır. Biz bu dözmüzsüzlüyü qüvvətləndirməliyik və bu problemləri aradan qaldırmağa çalışmalıyıq. Azərbaycan hökumətinin bu məsləyə münasibəti birmənlıdır . Fəaliyyətimizin əsasında insan amili dayanır. Azərbaycan dünəvi dövlət olaraq üzərində düşən vəzifəni yerini yetirir. Müstəqil Azərbaycan hökumətinin parlamenti bu sahədə ciddi qanunlar qəbul edib. Qanunların qəbulu ideal ola bilər, lakin bu real həyatda öz əksini tapa bilmirsə və bu qanunlar ənənələrdən aşağı səviyyədədirsə qanunlar keçərli olmayacaq. Unutmamalıyıq ki, bir çox ölkələr kimi Azərbaycanda da uzun müddət ailə qapalı bir mühit olub. Qanunların evlərin astanasından içəri girməsi, ailədaxili münasibətlərin cəmiyyətdə müzakirəsi çox zaman problemli olub. İslam ənənələrinin üstün olmasına baxmayaraq, ondan əvvəlki ənənələrimizin bu gün də ailələrimizdə yaşaması bizdə inam yaradır".

B.Muradova qeyd edib ki, bu gün dünyada gedən neqativ tendensiyalar dövlətin sütünlarının, ənənələrin dağılması, bizi bəzən ruh yükəskliyi ilə danışmaqdan çəkindirir və daha ciddi qərarlar qəbul etməyə sövq edir: "9 yaşı fiziki yetkinlik, 15 yaşı isə nigah yaşı kimi qəbuledən ölkələr qraşı mübarizə aparamlıyıq".

İlhamə


Müəllif: