26 May 2016 18:19
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı Rayon Mədəniyyət Mərkəzində təhsil nazirinin müavini Firudin Qurbanov və Təhsil Nazirliyinin məsul əməkdaşları Masallı, Cəlilabad, Yardımlı rayonlarının təhsil işçiləri ilə görüşüb.

Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlardan danışıb: “Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir, 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr aparılır. Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəbin tikildiyini və əsaslı təmir edildiyini söyləyən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumi təhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib.

Firudin Qurbanov çıxışında təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-sağird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü deyib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər