17 İyun 2016 18:22
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Rəşad Məmmədovun həyat yoldaşı Səbinə Məmmədova teleqram vurub. O, teleqramda qeyd edib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğu üçün ifadə verməkdən imtina edir.

Prosesdə şahid qismində Xuraman Qasımova ifadə verib. O, təqsirləndirilənlərdən Rəşad Məmmədovu tanıdığını deyib: “2011-2013-cü illərdə Dövlət Bayraq Meydanında maliyyə və kadrlar şöbəsinin müduri olmuşam. Vəzifəmə uyğun olaraq bütün vergi orqanlarına hesabatlara nəzarət eləmişəm. Əvvəllət 640, sonradan 750 manat maaş almışam. Bütün günüm vergi orqanlarında olmuşam.

İttihamda göstərilib ki, guya mən işə gəlməmişəm. Bu, düz deyil. İttihamda qeyd edilib ki, mənə 54100 manat heç nədən əməkhaqqı veriblər. Düz deyil, ümumilikdə 30 il başqa-başqa yerlərdə baş mühasib vəzifəsində çalışmışam”.

Daha sonra prosesdə şahid qismində Rəşad Məmmədovun qaynı Azər Əsgərov ifadə verib. O, ifadəsində kompleksdə olan bütün tikinti işlərinə rəhbərlik etdiyini bildirib.

Digər şahid Səbuhi Mustafayev kompleksin komunal təmizlik şöbəsində rəis vəzifəsində çalışdığını deyib. Onun ifadəsində ziddiyyətlər yarandığı üçün istintaqa verdiyi ifadəsi elan edilib. Səbuhi Mustafayev istintaqa verdiyi ifadədən imtina eləyib.

Vəkillər Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Fasilədən sonra prokuror vəsatətlərin rədd edilməsini istəyib, hakimlər kollegiyası vəsatəti təmin etməyib. Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs ediliblər. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər