Bakının Səbail rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gülbala Əliyev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Müzəffər Piriyev həyat yoldaşı, 1982-ci il təvəllüdlü Cəlalə Abbasovanı boğaraq öldürüb.
Əvvəllər də məhkumluq həyatı yaşayan Müzəffər Piriyev cinayəti törədəndən sonra könüllü olaraq polisə təslim olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov