Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zirə qəsəbəsi, Südçülük yaşayış massivində qeydə alınıb.
Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Rübabə Əkbərova sirkə turşusu içərək özünü zəhərləyib. Zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilən Rübabə Əkbərovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov