12 İyul 2016 12:19
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmş Sevda Mikiyeva ifadə verib.

O bildirib ki, hadisə zamanı avtomobilinə ziyan dəyib və hələ də kompensasiya ödənməyib. Digər zərərçəkmiş Rübabə Əhmədovanın mənzilinə ziyan dəyib: "İlkin yoxlamada mənziıimə 6 min manatlıq ziyan dəydiyi müəyyən olundu. Bu günə kimi dəymiş ziyan ödənməyib".

Hakim bildirib ki, prosesə gəlməyən zərərçəkmişlər məcburi gətiriləcək: "Bununla bağlı növbəti məhkəmə iclasında ciddi tədbir görüləcək".

Məhkəmə iclası iyulun 19-da davam edəcək.

Yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.


Hacı Zeynalov


Müəllif: