28 İyul 2016 22:35
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Müşfiq İsmayılov yaşadığı ünvanda özünü asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər