7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Pentensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 1980-ci il təvəllüdlü Timur Timurbulatova tanışı Cəbi Səfərov Cəbi tərəfindən poçt vasitəsi ilə göndərilən banderoldakı 2 dəst başmaqların daban hissəsindən xüsusi üsulla gizlədilmiş “NOKİA” və “SAMSUNQ” markalı mobil telefon aparatları və 31 həb dərman preparatları aşkar edilərək götürülüb.
Toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdim edilib. Timur Timurbulatov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov