29 Avqust 2016 08:17
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Cəfərxanlı kəndində qeydə alınıb. Kənd sakini Qüdrət Rüstəmov şəxsi münasibətlər zəminində həmkəndlisi Rəfail Paşayevə onun işlədiyi mağazada çoxsaylı bıçaq zərbələri endirərək, ağır bədən xəsarətləri yetirib.

Zərərşəkmiş dərhal yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burada zəruri tibbi yardımlar göstərilsə də , həyatını xilas etmək mükün olmayıb.


Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.


Qətli törətmiş Qüdrət Rüstəmov könüllü olaraq polis şöbəsinə gələrək təslim olub.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi aşılıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər